Gimnastımız finalda - II MDB Oyunları

Gimnastımız finalda - II MDB Oyunları

Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunları davam edir.

mediasport.az xəbər verir ki, II MDB Oyunlarında ölkəmizi təmsil edən bədii gimnastika üzrə yığma komandanın üzvü Kamilla Seyidzadə finala vəsiqə qazanıb.

İdmançı buna top və halqa ilə hərəkətlərin icrasında yüksək nəticə əldə edərək nail olub.

Minsk şəhərində keçirilən II MDB Oyunlarında ilkin yarışlar bədii gimnastika növü ilə başlayıb.