Azərbaycan milli komandası beynəlxalq turnirin qalibi olub
Azərbaycanın mini-futbol üzrə milli komandası Monteneqronun paytaxtı Podqoritsada keçirilən beynəlxalq turnirin qalibi olub.
Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma həlledici oyunda son dünya çempionu Rumıniyaya 5:4 hesabı ilə qalib gəlib.
Komandamızın üzvlərindən ikisi fərdi mükafata layiq görülüb.
Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, Elvin Əlizadə ən yaxşı futbolçusu seçilib.