AVRO-2024: Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşır

AVRO-2024: Azərbaycan millisi İtaliya yığması ilə qarşılaşır

Azərbaycanın minifutbol millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında növbəti oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 2-ci tur çərçivəsində İtaliya yığması ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Futbolçularımız dünən ilk matçında Belçikaya (3:0) qalib gəlib.

Qrupun digər görüşündə İtaliya Fransaya 1:3 hesabı ilə məğlub olub.

Millimizin qrupda son matçı sabah Fransa kollektivinə qarşı olacaq.