Millimizə namizəd baş məşqçilərin yekun siyahısı dəqiqləşdirilib

Millimizə namizəd baş məşqçilərin yekun siyahısı dəqiqləşdirilib

Futbol üzrə Azərbaycan milli komandasında boş qalan baş məşqçi postu üçün AFFA-nın İşçi Qrupu namizədlərin siyahısını tamamlayıb.

Mediasport.az xəbər verir ki, bu haqda federasiyanın prezidenti Rövşən Nəcəf açıqlama verib.

O, yığmanın oyun tərzinə uyğun çalışdırıcı axtardıqlarını söyləyib:

"Ancaq yığmanın baş məşqçisi məsələsi müzakirə olunacaq. Azərbaycan millisindən gözlədiyimiz oyun tərzinə uyğun mütəxəssis axtaracağıq. Bu, yerli və ya əcnəbi ola bilər. Yeni baş məşqçi məsələsində bacarıq, baxış, dəyərlər üzərində dayanacağıq. Daha çox həmin şəxsin bizə verə biləcəyi əlavə dəyərlərə fokuslanmalıyıq".

Rövşən Nəcəf qısa zamanda bu məsələnin həll ediləcəyini deyib:

"Bəzi məşqçilərlə danışıq aparılıb, yalnız hüquqi məsələlər qalıb. Məşqçilərlə əldə edilmiş razılığa əsasən, onların adları məxfi saxlanılır. Yeni baş məşqçi artıq təyin olunmalı idi. Bu baxımdan qısa müddətdə məsələyə aydınlıq gətirməyə çalışacağıq. Çünki bir müddət sonra milli komandamızın oyunları olacaq. Rəqiblər də sadə gücə malik deyillər".