"Bilirəm ki, Benzia bunu bütün qəlbi ilə istəyirdi" - "Lill"in futbolçusu

"Bilirəm ki, Benzia bunu bütün qəlbi ilə istəyirdi" - "Lill"in futbolçusu

"Benzia milli üçün vacib oyunçudur. Onun qayıdışı yaxşı xəbərdir. Hamınız onun Boliviyaya (3:2) necə gözəl qol vurduğunu gördünüz".

Mediasport.az xəbər verir ki, bunu Fransanın "Lill" klubunun futbolçusu Nabil Bentaleb Əlcəzair millisində komanda yoldaşı, "Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzia haqda danışarkən deyib.

"AfricaFootUnited"ə açıqlama verən Nabil Benzianın adına xoşbəxt olduğunu deyib:

"Çünki Yassin çətin dövr keçirdi. İndi o, öz formasına qayıdır və belə vəziyyətə qayıdışı onun üçün böyük hədiyyədir. Mən çox yaxşı bilirəm ki, Benzia bunu bütün qəlbi ilə istəyirdi".