Millimizin keçmiş futbolçusu Superliqa klubu ilə anlaşıb
2023/2024-cü illər mövsümünə 1-ci Liqa təmsilçisi "İrəvan"da başlayan Elvin Yunuszadə karyerasını Kosovoda davam etdirəcək.
Mediasport.az saytına verilən məlumata görə, 31 yaşlı müdafiəçi Superliqanın debütantı “Fuşe Kosovo” klubu ilə mövsümün sonunadək anlaşma əldə edib.
Razılaşmaya əsasən, tərəflər müqaviləni daha 1 il müddətinə artıra biləcəklər.
"Fuşe Kosovo" 10 komandalıq Superliqada geridə qalan 18 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, başqa bir azərbaycanlı - Araz Abdullayev Liqada 2-ci yerdə gedən "Llapi"nin formasını geyinir.