"Kəpəz"in ilk rəqibi serblər olacaq

"Kəpəz"in ilk rəqibi serblər olacaq

Qış toplanışını Antalyada keçirəcək "Kəpəz"in hazırlıq çərçivəsində ilk rəqibi müəyyənləşib.

mediasport.az xəbər verir ki, Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv Serbiyanın “Novi Pazar” klubu ilə üz-üzə gələcək. 

Oyunun tarixi dəqiqləşməyib. Gəncə klubunun Türkiyə toplanışı yanvarın 7-dən 19-dək davam edəcək.