"Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik" - Benzia

"Bura özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik" - Benzia

"Qarabağ"ın vingeri Yassin Benzia UEFA Avropa Liqasının əsas mərhələsinin 1-ci turu çərçivəsində bu axşam qarşılaşacaqları "Tottenhem"lə matç haqda danışıb.

Mediasport.az xəbər verir ki, əlcəzairli futbolçu rəqibin güclü olmasına baxmayaraq, layiqli mübarizə aparacaqlarına inandığını deyib:

"Londona özümüzü yaxşı tərəfdən göstərmək üçün gəlmişik. İnanıram ki, bizim üçün yaxşı oyun olacaq”.

Xatırladaq ki, "Tottenhem" - "Qarabağ" oyunu Bakı vaxtilə saat 23:00-da başlanacaq.