AFFA çempionatdan düşən komandanı geri qaytardı - RƏSMİ

AFFA çempionatdan düşən komandanı geri qaytardı - RƏSMİ

Futbol üzrə Azərbaycan 2-ci Liqasında çıxış edəcək 14-cü komanda müəyyənləşib.

Mediasport.az xəbər verir ki, AFFA və PFL yarışda komanda sayının optimallaşdırılması məqsədilə müzakirələri yekunlaşdırıb.

Qərara əsasən, ötən mövsüm bu çempionatda sonuncu olaraq Region Liqasına düşmüş "Şəfa" yenidən 2-ci Liqada mübarizə aparacaq.