Millimizin keçmiş futbolçusunu Polşa klubundan uzaqlaşdırdılar

Millimizin keçmiş futbolçusunu Polşa klubundan uzaqlaşdırdılar

Gənclər yığmamızın sabiq üzvü Elgün Nəbiyev Polşanın “Limanoviya” klubundan ayrılıb.

mediasport.az xəbər verir ki, məlumatı 4-cü liqa təmsilçisinin mətbuat xidməti yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanıb.

26 yaşlı vinger ötən mövsümün əvvəlindən “Limanoviya”da çıxış edirdi. O, “Zirə”, “Sabah”, “Sumqayıt” və “Səbail”in heyətində çıxış edib.