Eddi İsrafilov yayda Azərbaycan Premyer Liqası klubuna keçəcək

Eddi İsrafilov yayda Azərbaycan Premyer Liqası klubuna keçəcək

2022-ci ilin yanvarından "Neftçi"də forma geyinən Eddi İsrafilovun yayda komandadan ayrılacağı dəqiqləşib.

Miodraq Bojoviçin baş məşqçi postuna gəlişindən sonra burada özünü xoşbəxt hiss etməyən 32 yaşlı yarımmüdafiəçi karyerasını Premyer Liqanın başqa təmsilçisində davam etdirəcək.

İspniyada doğulmuş Azərbaycan əsilli anqolalı yayda "ağ-qaralar"la başa çatacaq müqaviləni yeniləməməyi qətiləşdirib.

O vaxta qədər qeyri-adi hadisə baş verməsə, milli komandamızın üzvünü yeni mövsümdən "Sabah"ın heyətində görəcəyik.

Türkiyəyə yollanmaq variantı da olan Eddiyə Masazır klubunda əsas heyətdə oynamaq sözü verilib.

Bildirilib ki, "bayquşlar"ın yeni məşqçilər korpusu bu mövqedə oynayan kapitan Elvin Camalovun performansından tam razı deyil.

Mediasport.az