Millimizin müdafiəçisi doğma meydanda darmadağınla üzləşib
Bolqarıstan çempionatında 18-ci tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "ÇSKA-1948"i qəbul edib.
Görüş qonaqların inamlı qələbəsilə yekunlaşıb - 3:0.
Futbolçumuz meydana 75-ci dəqiqədə daxil olub.
Krjaali təmsilçisi bu məğlubiyyətlə turnir cədvəlində 7-ci pilləyə düşüb. Komandanın aktivində 28 xal var.