Ona görə daha çox sevinə bilmirik" - Milli komandamızın baş məşqçisi
"Turnirin gedişində futbolçular oyundan-oyuna artırdılar. Uşaqlar çalışdırlar ki, bizim istədiyimiz kimi oynasınlar".
Mediasport.az xəbər verir ki, bunu Belarus Futbol Federasiyasına açıqlamasında Azərbaycanın U-17 milli komandasının baş məşqçisi İlham Yadullayev deyib.
Mütəxəssis Minskdə UEFA İnkişaf Turnirində çıxış edən yığmamızın performansı haqda danışıb. O, əvvəlcə Tacikistan yığması ilə son görüşü dəyərləndirib:
“Əsas vaxtda qələbə qazana bilmədik, ona görə daha çox sevinə bilmirik. Oyunsonrası penaltilər lotereyadır. Amma belə də olur. Qələbə daha şirin alınır. Bu matçda istədiklərimiz alınırdı. Fasilədən sonra uşaqlar bir az yoruldular. Çünki imkanlarımız o qədər böyük deyil, bir gündən bir oynayırıq. Ümumilikdə vəzifənin 50 faizinin öhdəsindən gəldik".
Yadullayev belə yarışların keçirilməsinin vacibliyini qeyd edib:
"Bu turnirin olması sevindiricidir. İnkişaf turniridir və reqlamentə görə bütün oyunçulara şans verilir. Nəticədən asılı olmayaraq, hamını meydana buraxırsan, onlar da oynayır və inkişaf edir. Təşkilatçılıq yüksək səviyyədə idi. Nəticələrə baxmayaraq, burdakı iştirakımız üçün şadıq”.
Qeyd edək ki, son qarşılaşmada Tacikistanla 2:2 hesablı heç-heçə edən komandamız reqlamentə əsasən penaltilər seriyasında qalib gəlib - 3:1.
U-17 bunadək Belarusa 0:4, Özbəkistana 0:2 hesabı ilə uduzub.