Milli komandamızın Türkiyə ilə oyununun yeri və vaxtı müəyyənləşdi

Milli komandamızın Türkiyə ilə oyununun yeri və vaxtı müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının Türkiyə milli ilə keçirəcəyi yoldaşlıq oyununun yeri və vaxtı müəyyənləşib.

mediasport.az xəbər verir ki, iyunun 17-də İstanbulda baş tutacaq matç “Esenyurt Necmi Kadıoğlu” stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Milli futbolçularımız 3 gün sonra Bakıda Qırğızıstan yığması ilə qarşılaşacaq.