AFFA Canni de Byazinin taleyi ilə bağlı qərarı SABAH verəcək
Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi postundakı taleyinə aydınlıq gələcəyi vaxt açıqlanıb.
MediaSport.az xəbər verir ki, AFFA oktyabrın 4-də İcraiyyə Komitəsinin (İK) növbəti iclasını keçirəcək və italyan çalışdırıcı barədə qərar açıqlanacaq.
İK saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq. Bundan əlavə, iclasda digər məsələlərə də baxılacaq:
- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə
- Lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi
- Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin müzakirəsi
- Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi
- Digər məsələlər