"Mingəçevir" ev oyunlarını Zaqatala stadionunda keçirəcək

"Mingəçevir" ev oyunlarını Zaqatala stadionunda keçirəcək

Birinci Liqada yarışan "Mingəçevir" ev oyunlarını Mingəçevirdə keçirməyəcək.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisinin müraciəti, Peşəkar Futbol Liqasının qərarı ilə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aparılan təmir və yenidənqurma işləri bitənə kimi klub rəqiblərini Zaqatala OİK stadionunda qəbul edəcək.

Xatırladaq ki, bölgə təmsilçisi çempionatda 12 turdan sonra 6 xalla sonuncu pillədə qərarlaşıb.