UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atıldı
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Mediasport.az xəbər verir ki, 1/16 finalda yarışın əsas mərhələsində 9-24-cü yerləri tutan komandalar qarşılaşacaqlar.
Türkiyə təmsilçilərindən "Qalatasaray" Niderlandın AZ, "Fənərbağça" isə Belçikanın “Anderlext” klubuna rəqib olub.
Raundun görüşləri fevralın 13-də və 20-də keçiriləcək.
“Latsio” (İtaliya), “Atletik” (İspaniya), “Mançester Yunayted”, “Tottenhem” (hər ikisi İngiltərə), “Ayntraxt” (Almaniya), “Lion” (Fransa), “Olimpiakos” (Yunanıstan) və “Reyncers” (Şotlandiya) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
UEFA Avropa Liqası. Pley-off mərhələsi
"Tvente" (Niderland) - “Budö Qlimt” (Norveç)
"Fənərbağça" (Türkiyə) - “Anderlext” (Belçika)
“Yunion” (Belçika) - "Ayaks" (Niderland)
PAOK (Yunanıstan) - FKSB (Rumıniya)
AZ (Niderland) - "Qalatasaray" (Türkiyə)
“Midtyulland” (Danimarka) - "Real Sosyedad" (İspaniya)
“Ferensvaroş” (Macarıstan) - "Viktoriya" (Çexiya)
"Portu" (Portuqaliya) - "Roma" (İtaliya)