"Qəbələ" iki futbolçusu ilə yollarını ayırdı, birini icarəyə göndərdi
"Qəbələ" klubu iki futbolçusu ilə yollarını ayırıb, birini isə icarəyə verib.
Mediasport.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi müdafiəçi Vüqar Həsənov və hücumçu Loran Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.
Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.
“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalı isə icarəyə verilib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.