"Xəzər Lənkəran"ın sabiq futbolçusu "Zirə"də debüt etdi
Tarixə qovuşmuş "Xəzər Lənkəran"ın yetirməsi Kamran Abdullazadə karyerasını minifutbol çempionatında davam etdirməyə qərar verib.
Mediasport.az xəbər verir ki, yarımmüdafiəçi çempionatın iddialılarından "Zirə" ilə anlaşıb.
29 yaşlı futbolçu pley-off mərhələsinin "Star Bakı" ilə ilk görüşündə debüt edib.
Xatırladaq ki, Kamran MOİK, “Sumqayıt”, “Kəpəz” klublarında da oynayıb.