"İrəvan" və "Şamaxı"nın oyununda "qol yağışı": Azərbaycan 1-ci Liqası
Azərbaycan 1-ci Liqasında 4-cü tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, ikinci oyun günü məhsuldarlığı ilə yadda qalıb.
"Araz Saatlı" klubunun qapısından 7 cavabsız top keçirən "İrəvan" vahid lider olub. MOİK - "Şamaxı" matçında isə "qol yağışı" bərabərliklə yekunlaşıb.
Turun iki görüşü dünən keçirilib. "Qaradağ Lökbatan" "Ağsu Difai"ni məğlub edib (1:0), "Zaqatala" - "Karvan" duelində qalib müəyyənləşməyib - 2:2.
Azərbaycan 1-ci Liqası. 4-cü tur
"İrəvan" - "Araz Saatlı" 7:0
MOİK - "Şamaxı" 3:3
"Mingəçevir" - "İmişli" 1:1
1 | İrəvan | 4 | 3 | 1 | 0 | 10-0 | 10 |
2 | Karvan | 4 | 2 | 2 | 0 | 8-3 | 8 |
3 | Şamaxı | 4 | 2 | 4 | 0 | 15-4 | 8 |
4 | MOİK | 4 | 2 | 2 | 0 | 9-5 | 8 |
5 | Qaradağ Lökbatan | 4 | 2 | 1 | 1 | 4-2 | 7 |
6 | İmişli | 4 | 1 | 1 | 2 | 4-5 | 4 |
7 | Mingəçevir | 4 | 1 | 1 | 2 | 4-7 | 4 |
8 | Zaqatala | 4 | 0 | 3 | 1 | 4-6 | 3 |
9 | Difai Ağsu | 4 | 0 | 1 | 3 | 0-6 | 1 |
10 | Araz Saatlı | 4 | 0 | 0 | 4 | 0-20 | 0 |
Bombardirlər:
Emin Zamanov ("Şamaxı") - 5 qol
İsa Zeynallı (MOİK) - 4 qol
Cəlal Cəbrayılov ("Şamaxı") - 3 qol
Seyxan Fərəcov ("Qaradağ Lökbatan") - 3 qol
Famil Camalov ("İrəvan") - 3 qol