"Səbail" "Turan Tovuz", "Araz-Naxçıvan" Sumqayıt səfərində
Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun görüşləri davam etdirilir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə də iki matç keçiriləcək.
Tura sabah "Zirə" - "Qarabağ" qarşılaşması ilə yekun vurulacaq.
Xatırladaq ki, ilk gündə "Kəpəz" "Sabah"ı (3:2), "Neftçi" isə "Şamaxı"nı (1:0) məğlub edib.
Azərbaycan Premyer Liqası. 21-ci tur
“Turan Tovuz” - “Səbail”
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Tovuz şəhər stadionu. Saat 16:00
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 18:30