Zamiq 87-ci dəqiqədə meydana çıxdı, komandası lider oldu
Futbol üzrə Albaniya Superliqasında 23-cü turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Zamiq Əliyevin formasını geydiyi “Eqnatia” “Biliş"i qəbul edib.
Görüş Zamiqin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Son turlar əsasən ehtiyatda qalan və komandadn ayrılacağı deyilən müdafiəçi meydana 87-ci dəqiqədə daxil olub.
Xallarının sayını 42-yə çatdıran “Eqnatia” turnir cədvəlində liderliyə yüksəlib.