"Qəbələ" və "Karvan" yeni ilə "sülh"lə başladı - Azərbaycan 1-ci Liqası

"Qəbələ" və "Karvan" yeni ilə "sülh"lə başladı - Azərbaycan 1-ci Liqası

Futbol üzrə Azərbaycan 1-ci Liqasında 2025-ci ilin ilk görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, 12-ci tur çərçivəsində ilk oyun gününə 3 matç keçirilib.

Çempionluğa oynayan "Qəbələ" və ən yaxın izləycisi "Karvan" doğma meydanda xal itirib.

Turun qalan qarşılaşmaları sabah reallaşacaq.


Azərbaycan 1-ci Liqası. 12-ci tur


MOİK – “İmişli” 4:3

Hakimlər: İslam Məmmədov, Aydın Bəxşiyev, Anar Bədəlov, Emin Əliyev

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Zümrüd Ağayeva

Binə qəsəbə stadionu, 13:00 


“Karvan” – “Difai” 3:3

Hakimlər: Rövşən Rəcəbov, Orxan İbişov, Rəhman Aslanov, Murad Səlimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Yevlax şəhər stadionu, 14:00


“Qəbələ” – “Baku Sporting” 0:0

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Yavər Rəhimov

Qəbələ şəhər stadionu, 15:00