UEFA açıqladı: "Qarabağ"ın qapıçısı Avroliqanın ilk "5-liy"ində yer aldı
"Qarabağ"ın futbolçusu Mateuş Koxalski UEFA Avropa Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçılardan biridir.
Mediasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında yer alan statistik göstəricilər paylaşılıb.
Polşalı qolkiper 29 dəfə "seyv"lə yadda qalıb. 24 yaşlı qapıçı sıralamada 5-ci pillədə qərarlaşıb.
Birinci yerdə "Elfsborq"dan (İsveç) İsak Pettersson yer alıb.
Qeyd edək ki, "Qarabağ" raundu 3 xalla sonuncu - 36-cı pillədə başa vurub.
Qurban Qurbanovun komandası keçirdiyi 8 matçda 6 qol vurub, qapısından 20 top buraxıb. Bu görüşlərin 6-da qapıda Mateuş Koxalski dayanıb.