Avropa çempionatı: Xorvatiya yığması millimizə rəhm etmədi
Futzal üzrə Azərbaycan milli komandası AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv səfərdə Xorvatiya yığması ilə qarşılaşıb.
Görüş millimizin biabırçı məğlubiyyəti ilə başa çatıb.
Xatırladaq ki, V qrupda yer alan Azərbaycan seçməsi daha əvvəl Bakı İdman Sarayında İsveçlə heç-heçə edib - 3:3.
Avropa çempionatı. Əsas mərhələ. V qrup
Xorvatiya - Azərbaycan 9:2
Qollar: Luka Periç, 2:49, Kristian Çekol, 10:54, Marko Kuraja, 15:44, 25:20, Franko Jelovçiç, 21:21, Dean Moravaç, 29:33, David Mataja, 31:14, Kristian Postruzin, 35:58, Niko Vukmir, 39:16 // Ülvi Əliyev, 27:13, Oktay Rüstəmli, 32:12.
Hakimlər: Viktor Buqenko (Moldova), Qriqori Oşomkov (Estoniya), Yaqnar Yakobson (Estoniya)
Timekepeer: Dino Kramar (Xorvatiya)
Hakim-inspektor: Perri Qatye (Belçika)
UEFA nümayəndəsi: Ştefan Kammerer (Almaniya)