Mariya Stadnik tatamiyə qayıdır? - "Düşünmək üçün fasilə vermişdim"

Mariya Stadnik tatamiyə qayıdır? - "Düşünmək üçün fasilə vermişdim"

"Mənim üçün nəyin daha yaxşı olacağını düşünmək üçün fasilə vermişdim".

Mediasport.az xəbər verir ki, bunu Azərbaycanın qadın güləşçisi Mariya Stadnik (50 kq) şəxsi instaqram hesabında yazıb.

Dünya və Avropa çempionu idmançı karyerasını davam etdirə biləcəyinə işarə verib:

"2024-cü ildə Parisdəki Yay Olimpiya Oyunlarından sonra bir çox insanlar məndən soruşdular. İdman karyeranın sonudur, yoxsa davam edəcəksən? Qərarımı tezliklə sizə açıqlayacağam".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub.

İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc medal qazanıb.