"Kəpəz"də növbəti ayrılıq reallaşdı - Yayda gələnlərdən daha biri getdi

 "Kəpəz"də növbəti ayrılıq reallaşdı - Yayda gələnlərdən daha biri getdi

"Kəpəz" daha bir futbolçu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, Viktor Braqa ilə müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.

Braziliyalı Gəncə klubu ilə 2024-cü ilin yayında müqavilə bağlamışdı.

23 yaşlı yarımmüdafiəçi bu mövsümdə 17 oyunda 2 qolla yadda qaldı.

Xatırladaq ki, "sarı-göylər" daha əvvəl Orxan Əliyev, Mahir Həsənov, Lassana Ndiaye və Redon Mihana ilə vidalaşıblar.