Mahirin 90 dəqiqə oynadığı matçda komandası qalib gəldi

 Mahirin 90 dəqiqə oynadığı matçda komandası qalib gəldi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 20-ci tur çərçivəsində "Darmştadt"ı qəbul edib.

Ötən turu cəza səbəbindən buraxan yığmamızın hücumçusunun 90 dəqiqə meydanda olduğu matç komandasının qələbəsi ilə yekunlaşıb - 1:0.

Mahir son dəqiqələrdə sarı vərəqə ilə yadda qalıb.

Xal ehtiyatını 28-ə çatdıran "Nürnberq" 10-cu pilləyə yüksəlib.