Ruslan Paşayev çempion oldu, Rəşid Məmmədəliyev bürünc medal qazandı - "Böyük Dəbilqə"
Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib.
Mediasport.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançısı mübarizəyə qoşulub.
60 kq çəki dərəcəsində Əhməd Yusifov 1/8 finalda Kenta Sekimoto (Yaponiya) ilə gücünü yoxlayıb və məğlub olaraq medalsız qalıb.
Eyni çəkidə Hüseyn Allahyarov ilk görüşdə özbəkistanlı Baxrom Boturova uduzaraq mübarizəni erkən başa vurub.
66 kq-da Ruslan Paşayev müvafiq olaraq Çannyeonq Kim (Cənubi Koreya), Murad Çopanov (İJF), Valid Yar Fransa) və Daiki Bobaya (Fransa) qalib gələrək çempion olub.
Monteneqrolu Yusuf Nurkoviçlə qarşılaşmadan döyüşsüz qalib ayrılan 66 kq-da digər təmsilçimiz 1/8 finalda Xerlen Qanboldını (Monqolustan) məğlub etsə də, 1/4-də yolunu gürcüstanlı Vaja Marqvelaşvili kəsib.
Yekiyev təsəlliverici görüşdə Taiko Fucisakanı (Yaponiya) məğlub etsə də, bürünc medal uğrunda Valid Yara (Fransa) uduzub.
73 kq-da Rəşid Məmmədəliyev Valtteri Olin (Finlandiya) və Mixeil Baxbaxaşvilidən (Gürcüstan) güclü olsa da, 1/4 finalda Akil Qyakovaya (Kosovo) uduzub. O, təsəlliverici görüşdə fransalı Orlando Kasorlo, ardınca Portuqaliyanı təmsil edən Otari Kvantidzeni üstələyərək bürünc medal qazanıb.
73 kq-da Vüsal Qələndərzadə isə startda gürcüstanlı Laşa Şavdatuaşviliyə məğlub olaraq yarışla erkən vidalaşıb.
Xatırladaq ki, sabah başa çatacaq turnirə ölkəmiz 10 cüdoçu ilə yollanıb.