"Qarabağ"a iki qol vuran hücumçu Avroliqanın bombardiri oldu
UEFA Avropa Liqasının əsas mərhələsinin bombardiri müəyyənləşib.
Mediasport.az xəbər verir ki, sonuncu turun "Qarabağ"la görüşündə iki qol vuran "Olimpiakos"un hücumçusu Əyyub Əl Kəbi bütün rəqiblərini geridə qoyub.
Yunanıstan klubunun forvardı vurduğu qolların sayını 7-yə çatdırıb.
Mərakeşli futbolçunun dubl etdiyi matçda komandası Azərbaycan çempionuna 3:0 hesabı ilə qalib gəlib.