Mahir Emreli üçün Almaniya 2-ci Bundesliqasında növbəti sınaq

Mahir Emreli üçün Almaniya 2-ci Bundesliqasında növbəti sınaq

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, Miroslav Klozenin baş məşqçisi olduğu kollektiv 20-ci tur çərçivəsində "Darmştadt"ı qəbul edəcək.

Ötən turu cəza səbəbindən buraxan yığmamızın hücumçusunun meydana əsas heyətdə çıxacağı gözlənilir.

Almaniya mətbuatı Klozenin Mahirə "ilk 11-lik"də yer verəcəyini yazır: “Emrelinin əsas heyətdə yer alması tamamilə mümkündür. Məşqdə özünü göstərib”.

Xatırladaq ki, Bakı vaxtilə saat 21:30-da başlanacaq matç "İdman" TV vasitəsilə canlı yayımlanacaq.

"Nürnberq" və "Darmştadt" 19 turdan sonra 25 xalla 10-11-ci yerləri bölüşür.