"Turan Tovuz" rəhbərliyindən Hüseynova yubiley hədiyyəsi
Bu gün “Turan Tovuz”un köməkçi məşqçisi Yunis Hüseynovun yubileyidir.
Mediasport.az xəbər verir ki, veteran futbolçunun 60 yaşı tamam olur.
Qərb təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev, sədr müavini Əli Balakişiyev və idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov ona komandanın 60 nömrəli formasını təqdim ediblər.