Azərbaycanın 38 cüdoçusu "Böyük Dəbilqə" turnirində yarışacaq
Bu ay Bakıda keçiriləcək "Böyük Dəbilqə" turnirində çıxış edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Mediasport.az xəbər verir ki, yarışda ölkəmizi 38 cüodçu təmsil edəcək.
Turan Bayramov, Əhməd Yusifov, Hüseyn Allahyarov, Balabəy Ağayev (hamısı 60 kq), Yaşar Nəcəfov, Ruslan Paşayev, Rəşad Elkiyev, Elşən Əsədov (hamısı 66 kq), Rəşad Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qədir Hüseynov (hamısı 73 kq), Zelim Tskayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev, Süleyman Şükürov (hamısı 81 kq), Murad Fətiyev, Tuncay Şamil, Əli Qazıməmmədov (hamısı 90 kq), Elmar Qasımov, Əjdar Bağırov, Nihad Şıxəlizadə, Davud Namazlı (hamısı 100 kq), Uşanqi Kokauri, Camal Həmzətxanov, Kənan Nəsibov və Ramazan Əhmədov (hamısı +100 kq), Leyla Əliyeva, Könül Əliyeva, Şəfəq Həmidova (hamısı 48 kq), Aydan Vəliyeva (52 kq), Açelya Toprak, Fidan Əlizadə, Fidan Qasımova (hamısı 57 kq), Nərgiz Hacıyeva (63 kq), Günel Həsənli, Südabə Ağayeva (hər ikisi 70 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlıar.
Turnir fevralın 14-16-da baş tutacaq.