Ronaldinyonun oğlu İngiltərə klubunda oynayacaq - RƏSMİ
Məşhur braziliyalı Ronaldinyonun oğlu Joao Mendeş karyerasını İngiltərədə davam etdirəcək.
Mediasport.az xəbər verir ki, sabiq futbolçunun 19 yaşlı davamçısı Çempionşip təmsilçisi "Börnli"yə keçib.
Vinger 1-ci Liqa klubu ilə 2 illik müqavilə imzalayıb.
Xatırladaq ki, "Flamenqu"nun yetirməsi 2023-cü ilin yayında keçdiyi “Barselona”dan bu yay ayrılıb.