"Qarabağ"ın rəqibi Avropada məğlub olmayan tək komandadır

"Qarabağ"ın rəqibi Avropada məğlub olmayan tək komandadır

Avropanın aparıcı futbol çempionatlarında məğlub olmayan komanda sayı 1-ə enib.

Mediasport.az xəbər verir ki, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Bayer" bu mövsüm Avropanın daxili birinciliklərində uduzmayan yeganə klubdur.

Əfsanəvi ispan Şabi Alonsonun baş məşqçisi olduğu Leverkuzen təmsilçisi ilə yanaşı, Almaniyanın digər komandası "Bavariya" da məğlubedilməz idi.

Lakin Münhen klubu Bundesliqanın hesabat turunda "Ayntraxt"a səfərdə 1:5 hesabı ilə uduzub, çempionatın lideri "aspirinlər" isə "Ştuttqart"la bərabərə qalıblar.

Avropa Liqasının qrupunda keçirdiyi 5 matçın hamısında qələbə qazanan “Bayer" Azərbaycan çempionunu 5:1 və 1:0 hesabları ilə üstələyib.