Haland ilin ən yaxşısı seçilib
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2023-cü ilin ən yaxşı oyunçusunun adını açıqlayıb.
Mediasport.az xəbər verir ki, ili 5 kubokla başa vuran "Mançester Siti"nin forvardı Erlinq Haland bu ada layiq görülüb.
Norveçli 208 xal toplayıb və bütün rəqiblərini qabaqlayıb.
PSJ-nin fransalı hücumçusu Kilian Mbappe 105 xalla ikinci, "İnter Mayami"nin üzvü Lionel Messi isə 85 xalla üçüncü olub.
Xatırladaq ki, Erlinq 2023-cü ildə İngiltərə Premyer Liqasının, İngiltərə Federasiya Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun, Klublararası Dünya Çempionatının qalibi olub.