MMA döyüşü Bakıda keçiriləcək

MMA döyüşü Bakıda keçiriləcək

Dünyanın ən mötəbər beynəlxalq yarışlarından sayılan Yaponiyanın MMA "Rizin" turnirinin növbəti mərhələsi Azərbaycanda keçiriləcək.

MediaSport.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın prezidenti Nobuyuki Sakakibara paylaşıb.

Yarışın Bakıda noyabrın 4-də keçirilməsi qərara alınıb. Lakin hansı arenada təşkil ediləcəyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, ölkəmizi "Rizin"də Tofiq Musayev, Vüqar Kərəmov və Mehman Məmmədov kimi idmançılar təmsil edirlər.