“Mən rəqibi yerə yapışdırıram, onu zədələyə bilərəm”
Rusiyalı UFC (“Ultimate Fighting Championship” – Mütləq Döyüş Çempionatı) döyüşçüsü Şara Bullet (Şarabutdin Maqomedov) maraqlı açıqlama verib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı Şarabutdin “İslam Maxaçevin hansı bacarığını öyrənmək istəyərdiniz?” sualını belə cavablandırıb:
“Ondan supleks fəndini öyrənmək istəyərdim (gülür). Məşqdə bunu etməyə cəhd göstərmişdim. Təhlükəli hərəkətdir. Gərək, qarşındakını yerə düzgün endirə biləsən. Mən rəqibi yerə yapışdırıram. Onu zədələyə bilərəm. Məşq vaxtı belə şeylər qəbuledilməzdir”.
Şarabutdin oktyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində braziliyalı Bruno Silva ilə döyüşəcək.