MMA döyüşçümüz ermənistanlı idmançı Qalstyanla qarşılaşacaq

MMA döyüşçümüz ermənistanlı idmançı Qalstyanla qarşılaşacaq

Azərbaycanın “ASED FC” liqasının və “Əhməd” klubunun MMA döyüşçüsü Zəfər Abdürrəhmanov növbəti peşəkar görüşünü keçirəcək.

mediasport.az xəbər verir ki, təmsilçimiz aprelin 29-da Tbilisidə “GFC - Georgian Fighting Championship” liqasının 20-ci seriyasında Ermənistan idmançısı Narek Qalstyanla qarşılaşacaq.

Z.Abdürrəhmanov “AFC-13” turnirində son döyüşündə qələbə qazanaraq bu görüşdə Azərbaycanı təmsil etmək hüququ əldə edib.