"Bu turnir Yaponiya və digər ölkələrdə də yayımlanacaq"
"Rizin" Döyüş Federasiyasının təsisçisi Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda təşkil olunacaq “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında iştirak edib.
Mediasport.az xəbər verir ki, yaponiyalı funksioner Azərbaycan rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə şərait yaratdıqları üçün təşəkkürünü bildirib.
"Təşkilatımız 2015-dən fəaliyyət göstərir. Azərbaycandakı turnir xaricdəki ilk yarışımızdır. Buradakının da digərlərindən fərqi olmayacaq. Daha güclü yarış təqdim edəcəyik" deyən Sakakibara tədbir iştirakçılarına də təşəkkür edib: "Bu turnir tək sizin medianızda yox, Yaponiya və digər ölkələrdə də yayımlanacaq. Bakıda 10 döyüş baş tutacaq".
Qeyd edək ki, Milli Gimnastika Arenasındakı yarışda Azərbaycan döyüşçülərindən Tofiq Musayev, Vüqar Kərəmov, Mehman Məmmədov, Tural Rəhimov və Nəriman Abbasov iştirak edəcəklər.