Nəriman Abbasovun “Landmark 7” turnirindəki rəqibi məlum olub

Nəriman Abbasovun “Landmark 7” turnirindəki rəqibi məlum olub

“Qəbələ” İdman Klubunun döyüşçüsü Nəriman Abbasovun Bakıda “Rizin” çərçivəsində keçiriləcək “Landmark 7” turnirindəki rəqibi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, bu barədə məlumatı 29 yaşlı idmançının şəxsi məşqçisi Şəhriyar Abbasov sosial şəbəkə hesabında paylaşıb.

Onun sözlərinə görə, MMA döyüşçümüz rusiyalı Ali Abdulxalikovla qarşılaşacaq.

Döyüş noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək.