Azərbaycan yığması 5-ci yer uğrunda Misirlə qarşılaşacaq

Azərbaycan yığması 5-ci yer uğrunda Misirlə qarşılaşacaq

Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB Oyunlarında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.

mediasport.az xəbər verir ki, Özbəkistan yığması ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb.

Orxan Məmmədovun dubl etdiyi oyunda komandamızın digər qolunu Sabir Allahquliyev vurub.

Komandamız bu gün Bakı vaxtilə saat 16:30-da 5-ci yer uğrunda oyunda Misir yığması ilə üz-üzə gələcək.