Murad Musayev: "Komanda olaraq güclüyük, heç kimdən qorxmuruq"
"Avrokuboklarda debüt edəcəyimizi nəzərə alsaq, istənilən klubla oyun bizim üçün ciddi sınaqdır.
MediaSport.az xəbər verir ki, bu sözləri tarixində ilk dəfə avrokuboklarda iştirak edəcək "Sabah"ın baş məşqçisi Murad Musayev deyib.
Rusiyalı mütəxəssis Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib: "RFS Latviya çempionatının liderlərindən biridir və ötən mövsümdə Konfrans Liqasının qrup mərhələsində iştirak ediblər. Bu komandanın əsas üstünlüyü hazırda çıxış etdiyi ölkədə çempionatın davam etməsidir ki, bu da onlara avrokubok oyunlarına əla formada gəlmələrinə şərait yaradacaq. “Makedoniya” ardıcıl ikinci ildir ölkə kubokunu qazanır. Bu amil onların pley-off matçlarında oynamaq bacarığından xəbər verir. Növbəti mövsümün hazırlıqlarına bu gün başlayacağıq. Biz komanda olaraq güclüyük, heç kimdən qorxmuruq. Bütün gücümüzü ortaya qoyaraq, cəsarətli futbol sərgiləməyə çalışacağıq".