Murad Musayev "Pro" aldı
“Sabah”ın baş məşqçisi Murad Musayev UEFA-nın "Pro" lisenziyasını alıb.
mediasport.az xəbər verir ki, Musayev də daxil olmaqla bir neçə mütəxəssisə lisenziyaların təqdimatı Rusiya Futbol İttifaqında baş tutub.
Masazır təmsilçisi rusiyalı məşqçi ilə müqaviləni 2024-cü ilin mayına qədər uzadıb.