"Qarabağ"ın gerisində - PAOK, “Frayburq”, “Braqa”, “Sparta”...
Klubların dünya reytinqindəki ən yaxşı Azərbaycan təmsilçisi “Qarabağ”ın siyahıda geridə qoyduğu komandalar diqqəti çəkir.
Mediasport.az xəbər verir ki, İFFHS-in cədvəlində 48-ci pillədə mövqeyini qoruyan Ağdam klubu Almaniya, Portuqaliya kimi ölkələrin təmsilçiləri olmaqla, ümumilikdə 7 komandanı arxada qoyub.
Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlılar" məşhur “Boka Xuniors”, “LDU Kito”, PAOK, “Frayburq”, “Braqa”, “Sparta” və “Atletiko Nasyonal”ı keçib.
“Brügge”, “Atletiko Mineyro”, “Atletiko Paranaense”, “Korintians”, “İndependente Medelyin”, “River Pleyt” və Zaqreb “Dinamo”su isə təmsilçimizdən önə çıxıb.
Qeyd edək ki, “Qarabağ”ın hesabında 183 xal var.