Mutu qışda "Neftçi"dən ayrılacaq? - Rumın məsələyə aydınlıq gətirib

Mutu qışda "Neftçi"dən ayrılacaq? - Rumın məsələyə aydınlıq gətirib

Rumıniyanın ÇFR klubunun "Neftçi"nin baş məşqçisi Adrian Mutu ilə maraqlandığından xəbəriniz var.

Məlumata görə, Kluj təmsilçisinin rəhbərliyi 44 yaşlı mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.

Rumıniya mətbuatı iddia edir ki, ÇFR Mutunu qışda baş məşqçi postunda görmək istəyir.

Lakin rumın çalışdırıcının "Neftçi"ni tərk etmək fikri yoxdur. "Ağ-qaraların" sükançısı yayılan xəbərlə bağlı Mediasport.az saytına açıqlama verib:

"Burada bir işə başlamışam və bitirmək istəyirəm. Bu, heç də asan deyil. Çalışacam ki, buna dözüm. Mövsümü "Neftçi"də başa vurmaq istəyirəm".

Qeyd edək ki, xəbəri 2 gün öncə Rumıniya mətbuatı yayıb.