İsrafilovun komandası Çempionlar Liqasına heç-heçə ilə başladı
Asiya Çempionlar Liqasında yeni mövsümün ilk turunun sonuncu qarşılaşması keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun komandası "Yohor Tazim" səfərdə "Şanxay Port"la üz-üzə gəlib.
Yarımmüdafiəçinin əsas heyətdə meydana çıxdığı görüşdə komandası məhsuldar heç-heçə edib.
Eddinin komandasının turnirdə növbəti rəqibi "Şanxay Şenxua" (Çin) olacaq.
Asiya Çempionlar Liqası. 1-ci tur
18 sentyabr
"Şanxay Port" (Çin) - "Yohor Tazim" (Malayziya) 2:2