Andrey Lunyov yeni klubunda ilinə 1.2 milyon dollar qazanacaq

Andrey Lunyov yeni klubunda ilinə 1.2 milyon dollar qazanacaq

"Qarbaağ"ın müqaviləni uzatmadığı Andrey Lunyovun yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 32 yaşlı qapıçı Moskva "Dinamo"su ilə anlaşıb.

Onun illik maaşı 900 min dollar olacaq. Paytaxt təmsilçisi qolkiperə bonuslarla birlikdə 1.2 milyon dollar ödəməyə razılaşıb.

Xatırladaq ki, ötən mövsümün yayında Ağdam klubuna keçən Rusiya millisinin üzvü Azərbaycan çempionu və kubokun qalibi olub.