Nazarov üçün 1 xal

Nazarov üçün 1 xal

Almaniyanın 3-cü liqasında 12-ci tura start verilib.

mediasport.az xəbər verir ki, milli komandamızın keçmiş üzvü Dmitri Nazarovun formasını geyindiyi "Erzgebirge Aue" növbəti matçına çıxıb.

Nazarovun komandası "Halleşer"lə üz-üzə gəlib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Start heyətində meydana çıxan Nazarov sona qədər meydanda olub. O, 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

Aue təmsilçisi 12 turdan sonra 10 xalla 18-ci pillədədi.