Buffon İtaliya millisinə qayıtdı

 Buffon İtaliya millisinə qayıtdı

Peşəkar karyerasını ötən il 45 yaşında başa vurmuş italyan qapıçı Canluici Buffon milli komandaya qayıdıb.

Mediasport.az xəbər verir ki, əfsanəvi veteran yığmada bu dəfə idman direktoru vəzifəsini icra edəcək.

"Yuventus" və "Parma"nın unudulmaz siması əsas və gənclərdən ibarət milli komandalara nəzarət edəcək.

Xatırladaq ki, Buffon ötən ay Almaniyada keçirilmiş Avropa çempionatında İtaliya yığmasının nümayəndə heyətinin rəhbəri olub.